Yuxarı

Əfqanıstan XİN Azərbaycana başsağlığı verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verib.

Axar.az Əfqanıstan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov bu ölkənin XİN başçısının müavini Əlhac Şer Məhəmməd Stanekzai ilə görüşüb.

“İlham Məmmədov xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əlhac Şer Məhəmməd Abbas Stanekzai ilə görüşüb”, – Əfqanıstan XİN-in məlumatında qeyd olunub.

Bildirilib ki, görüşdə Stanekzai “Azərbaycan Hava Yolları”na məxsus mülki təyyarənin qəzaya uğraması bağlı başsağlığı verib və Əfqanıstanın siyasi, iqtisadi və sosial sahələrdə ikitərəfli münasibətlərin gücləndirilməsinə sadiq qaldığını bildirib.

“Əfqanıstan hökumətinin başsağlığına görə təşəkkürünü bildirən cənab Məmmədov bunu iki ölkə arasında həmrəylik və qardaşlıq ruhunun böyük təzahürü kimi qiymətləndirib və əlavə edib ki, Azərbaycan Əfqanıstanla siyasi əlaqələri genişləndirməkdə maraqlıdır və ölkəsinin Əfqanıstanla iqtisadi əməkdaşlığa hazır olduğunu açıqlayıb”, – mətbuat xidməti diqqətə çatdırıb.

Səfir həmçinin ikitərəfli münasibətlərin gücləndirilməsinin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Tarix
2024.12.29 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan Kuba ilə bağlı paylaşım

Bu vergi ödəyicilərinə elektron kabinetlə bağlı güzəşt

Azərbaycan XİN bu ölkəni təbrik etdi

İranda Bakı və Ankaraya qarşı “şeytanla ittifaq” təklif edildi

İlin ilk günündə Bakıdan Tehrana etiraz – Nə baş verir?

Spivakdan Əliyevlə bağlı sensasion sözlər - Video

Saakaşvili türmədən açıqlama verdi: Əliyev elə bir şey etdi ki...

İranın diplomatı XİN-ə çağırıldı - Sərt etiraz!

Fransa və Almaniyadan Gürcüstana qarşı sərt qərar

MDB sədrliyi Rusiyadan bu ölkəyə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla