Yuxarı

Putin Bastrıkini Qroznıya göndərdi: Əsas sual budur!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Bastrıkini Qroznıya göndərdi: Əsas sual budur!

Prezident İlham Əliyevin Azərbaycanın sərnişin təyyarəsini vuran Rusiyanın mövqeyini sərt tənqid etməsi Kremlə tutarlı cavab idi. İlham Əliyev Rusiya hakimiyyətinin 3 gün səssiz qalmasından və təyyarənin “qəzaya uğramasını təbii səbəblərlə” əlaqələndirməsindən narazılığını ortaya qoydu.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin ötən gün AzTV-yə müsahibəsini şərh edərkən deyib.

O bildirib ki, dövlət başçısı Rusiyanın izi itirməyə çalışdığına dair konkret suallar səsləndirdi:

“İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində Rusiya rəsmi strukturlarını sərt təndiq etdi. Bu o deməkdir ki, Kreml sahibinin telefonda səsləndirdiyi üzrü yarımçıq olub. Çünki Putin Rusiyanın cavabdeh olduğunu etiraf etməyib. İlham Əliyev isə müsahibəsində Rusiyanın üzrxahlığından sonra etiraf və kompensasiyanın ödənilməsinin vacibliyini bildirib. Rusiyanın siyasi və ekspert dairlərində etiraf və kompensasiya mövzularında müzakirə getmir, İlham Əliyevin açıqlamalarını görməzlikdən gəlməyə çalışırlar. Kreml icazə vermir. Əksinə, Kremlin nəzarətindəki televiziya kanalları və Z-blogerlər baş verən hadisəyə görə Ukraynanı günahkar sayırlar, guya Ukrayna dronları qəsdən sərnişin təyyarəsinin uçuşuna mane olublar. Bunun özü də cinayətin izinin itirilməsinə və cavabdehlikdən boyun qaçırmağa yönəlik təşəbbüslərdir.

Vladimir Putin Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkini Çeçenistana göndərib. O, Qroznıda əməliyyat müşavirəsi keçirib. Putin anlamamış deyil ki, İlham Əliyevin təyyarə qəzasıyla bağlı haqlı tələbləri yerinə yetirilməsə, bu, Azərbaycan-Rusiya münasibətlərinə təsirsiz ötüşməyəcək. Ancaq Putin Əliyevin tələblərini yerinə yetirsə belə, “vurulan təyyarənin niyə Qroznı yaxınlığındakı hava limanlarından birinə enməsinə icazə verilməyib” sualı heç zaman gündəmdən düşməyəcək. Kremlin “pilotlar özləri Aktau istiqamətini seçiblər” versiyasını səsləndirməkdə davam etməsi Azərbaycanda və beynəlxalq aləmdə qəbul edilməyəcək”.

Tarix
2024.12.30 / 18:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla