Yuxarı

Narkotik əməliyyatı: həbslər var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narkotik əməliyyatı: həbslər var

Bakıda narkotik alverində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini Ağatahir Zəkiyevdən 5,38 qram marixuana götürülüb. Ona məxsus BMV markalı avtomobilə baxış zamanı əlavə olaraq 4 kiloqram marixuana, 2 ədəd bıçaq, 1 ədəd taxta dəyənək, həyətyanı sahəsinə baxış zamanı isə 9 ədəd çətənə kolu və 29,75 qram marixuana və elektron tərəzi aşkar edilib.

Digər narkotik əməliyyatı isə Sumqayıtda keçirilib.

Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Cəlilovdan 6,58 qram, evinə baxış zamanı isə əlavə olaraq 1,1 kiloqram marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Tarix
2016.05.07 / 17:50
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla