Yuxarı

Onlara hər ay 1000 manat veriləcək - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən ildən başlayaraq elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların maddi mükafatlandırılması həyata keçirilir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Axar.az-a bildirilib ki, proqram çərçivəsində ötən il 150-dək alim aylıq 1000 manatadək mükafat alırdısa, elmi ictimaiyyətdə proqrama artan maraq səbəbindən bu il 300-dək alim mükafatlandırılacaq.

Cari ildə tətbiq ediləcək hesablama qaydası dünyada ən qabaqcıl elmmetrik və bibliometrik şirkətlərdən hesab olunan “Clarivate” şirkətinin mütəxəssisləri ilə birgə hazırlanıb. Hesablama qaydasında həm “Scopus”, həm də “Web of Science” bazalarında olan göstəricilər əsas götürülüb. Belə ki, yeni qaydaya əsasən, hər iki bazada son 6 il ərzində ən azı 3 məqaləsi olan müəlliflər dəyərləndiriləcək.

Yanaşmada tətbiq edilən digər yenilik isə alimlərin elmi işlərinin keyfiyyətinin bir neçə meyar üzrə ölçülməsi olacaq. Bu göstəricilərə aşağıdakılar aiddir:

- hər iki baza üzrə elmi işlərin sahə üzrə istinad təsiri göstəriciləri;

- elmi işlərin Q1 və Q2 kvartilli jurnallarda dərc olunması;

- dünya üzrə ən oxunaqlı top 10% elmi iş siyahısında yer alma;

- həmmüəllif sayı.

Qeyd edək ki, hesablama hər ay yenidən aparılacaq və həmin ay üzrə minimal şərtlərə tələb verən alimlər mükafatlandırılacaq.

Mükafatlandırmanın keçirilməsində əsas məqsəd alimlərin obyektiv göstəricilərə əsasən fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasıdır.

Tarix
2025.01.17 / 15:36
Müəllif
Axar.az
Digər xəbərlər

Kobaxidzenin Azərbaycana səfəri başa çatdı

Prezident Kobaxidzenin səfəri ilə bağlı bunu xüsusi vurğuladı

Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir

Əliyevlə Kobaxidzenin nahar əsnasında geniş tərkibdə görüşü...

Delimitasiya komissiyasının görüşündə razılaşma... - Deputat

Əliyevlə görüşmək şərəfinə nail oldum - Kobaxidze

Gürcüstanın istehlak etdiyi təbii qazın 80%-dən çoxu...

Delimitasiya hansı xəritə ilə aparılacaq?

Dövlət başçıları mətbuata birgə bəyanatla çıxış etdi - Foto

Azərbaycan bizim üçün qardaş ölkədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla