Yuxarı

Prokuror tiktokerə ağır cəza istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik satışında ittiham edilən tiktoker Zeynəb ən-Nəiminin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək Zeynəb ən-Nəiminin 7 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

Proses 23 yanvar tarixinədək təxirə salınıb.

Qeyd edək ki, Zeynəb ən-Nəimi polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.

Tarix
2025.01.17 / 20:10
Müəllif
Axar.az
Digər xəbərlər

Kobaxidzenin Azərbaycana səfəri başa çatdı

Prezident Kobaxidzenin səfəri ilə bağlı bunu xüsusi vurğuladı

Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir

Əliyevlə Kobaxidzenin nahar əsnasında geniş tərkibdə görüşü...

Delimitasiya komissiyasının görüşündə razılaşma... - Deputat

Əliyevlə görüşmək şərəfinə nail oldum - Kobaxidze

Gürcüstanın istehlak etdiyi təbii qazın 80%-dən çoxu...

Delimitasiya hansı xəritə ilə aparılacaq?

Dövlət başçıları mətbuata birgə bəyanatla çıxış etdi - Foto

Azərbaycan bizim üçün qardaş ölkədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla