Yuxarı

ADY bu tələblərdən azad edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADY bu tələblərdən azad edilir

Azərbaycan Dəmir Yolları QSC (ADY) və onun strukturuna daxil olan qurumlar öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün lisenziya və icazələrin alınması tələbindən azad ediləcək.

Axar.az xəbər verir ki, bu, "Nəqliyyat haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə edilməsində vahid prinsiplərin tətbiqinə, öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri çevik, operativ görə bilməsinə xidmət edir. Belə ki, analoji qayda Ticarət Gəmiçiliyi Məcəlləsi, “Avtomobil yolları haqqında” və “Kosmik fəaliyyət haqqında” qanunlarla müvafiq olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə ("Azərkosmos") də tətbiq edilib.

Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub.

Tarix
2025.01.22 / 16:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla