Yuxarı

Yoxlamaya gələnlərin üzünə telefon çırpan baş həkim kimdir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yoxlamaya gələnlərin üzünə telefon çırpan baş həkim kimdir? - Video

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən Laser Beauty Estetik Klinikası MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvar 2025-ci il tarixində davam etdirilib.

Axar.az xəbər verir ki, yoxlama nəticəsində tibbi qeydiyyat sənədlərinin Səhiyyə Nazirliyinin təsdiq etdiyi forma və qaydalar üzrə aparılmadığı, müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edildiyi, dərman vasitələrinin saxlandığı soyuducularda termometr olmadığı, stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət edilmədiyi, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şərait yaradıldığı (lisenziyası olmadığı halda), müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı, çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyətlə məşğulolma və s. nöqsanlar aşkarlanıb.

Daha bir maraqlı məqam isə yoxlama zamanı baş həkim Rəna Soltanova və klinikanın rəhbəri Yeganə Cəfərovanın AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranışları qeydə alınıb: qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalara şikayət edərək, işdən çıxartdırmaqla hədələyiblər və müqavimət göstərilib.

Mütəxəssislərin üstünə qışqıran, onları işdən çıxartdıracağı ilə hədələyən “arxalılar” kimlərdir?

Baş həkim Rəna Soltanova uzun müddətdir mediada özünü təbliğ edir. Tərcümeyi-halında bildirilir ki, 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetini dermotoloq-veneroloq ixtisası üzrə təhsil alıb, 2007-2008-ci ildə Respublika Dəri-Zöhrəvi Dispanserində internaturanı bitirib. İddia edilir ki, “estetik dermatologiyanın sirlərini” məhz Almaniyada öyrənmişdir, “Azərbaycanda “tibbi-estetik kosmetologiya” üzrə beynəlxalq səviyyədə ixtisaslaşan ilk həkimdir”.

R.Soltanova 2017-2019-cu illərdə Kiyev şəhərində P.L.Şupik adına Ukrayna Milli Tibb Diplomdan Sonra Təhsil Akademiyasında ümumi cərrahiyyə üzrə ordinaturanı bitirib. Türkiyənin “Yüz Plastik Cerrahi Dernegi”nin üzvüdür. ”Laser Beauty Estetik Klinikası” MMC-nin mərkəzi ofisinin baş həkimidir.

Bu zəngin avtobioqrafiyaya malik xanımın fotolarını təqdim edirik və hesab edirik ki, avtobioqrafiyasından daha çox, fotoları “danışır”.

Tarix
2025.01.24 / 12:13
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Venslə geniş tərkibdə görüşü başladı

İlham Əliyevlə Ceyms Devid Vensin görüşü oldu

İlham Əliyev Ceyms Devid Vensi qarşıladı - Foto

Ceyms Devid Vens Azərbaycanda səfərdədir

Əliyevlə çox yaxşı münasibətim var - Vens

İran qonşu ölkələrə təşəkkür etdi

İlham Əliyev İordaniya ilə sazişi təsdiqlədi

Milli Məclisdə tarix yazılır - Azərbaycan bunu edən ilk ölkədir

Dünya nəhəngləri Bakıya gəldi – Burada nə yaradırlar?

Vensin Bakıya səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla