Yuxarı

Bu şəxslərin pensiyaları iki dəfə artırılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn aydan etibarən pensiyalarda iki istiqamətdə artımlar həyata keçiriləcək: həm minimum pensiya artırılacaq, həm də əmək pensiyaları indeksləşdiriləcək. Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncama uyğun olaraq minimum pensiya məbləği bu ilin fevral ayından 280 manatdan 320 manata çatdırılacaq.

Axar.az xəbər verir ki, bu sözləri deputat, iqtisadçı alim Vüqar Bayramov qey edib.

O bildirib ki, əmək pensiyalarının indeksləşdirilməsi isə “Əmək pensiyaları haqqında" Qanuna əsasən həyata keçirilir:

"Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əmək haqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir.

Bütün bunlarla yanaşı, bəzi vətəndaşlarımızın pensiyaları iki dəfə artırılacaq, yəni onların pensiyaları həm indeksləşdirməyə cəlb olunacaq, həm minimum pensiya məbləğinə çatdırılmaq üçün yenidən artırılacaq. Məsələn, əgər vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən öncə qazanıbsa və onun pensiya məbləği 290 manatdırsa, yəni yeni minimum pensiya məbləğindən (320 manat) azdırsa, bu zaman da onun pensiya məbləği indeksləşdiriləcək və pensiyasına 23.2 manat əlavə olunacaq. Çünki indeksləşdirmə ilə bağlı sənəd hər il fevral ayında imzalansa da, o, yanvarın 1-dən qüvvədə olur. Yəni, ilin əvvəlindən etibarən bütün əmək pensiyaları indeksləşdirlir. Amma bizim nümunədə alınan məbləğ - 313.2 manat, yeni minimum pensiya məbləğindən az olduğu üçün həmin rəqəm daha sonra 320 manata çatdırılacaq. Deməli, həmin vətəndaşımızın pensiya məbləğinə həm indeksləşdirmə, həm də birbaşa artım tətbiq olunacaq".

Tarix
2025.01.30 / 11:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-İsrail əlaqələri müzakirə edildi

Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! - XİN

Rubio bu ölkəyə tələblə gedir: ABŞ gücə al ata bilər!

İrəvan Bakının layihəsinə qoşulmaq istəyir

Bakı ilə bunu həyata keçirmək niyyətindəyik - Paşinyan

Maskın şirkətində Süleyman Kərimovun da payı var imiş

Milyard dollarlıq layihə: Soydaşlarımızın yaşadığı bu kəndlər...

SSRİ arxivindən sənəd: Zəngəzur yolu kimindir? - Video

Əli Əsədov Almatıda səfərdədir

Dəhlizin bu görüntüləri Ermənistan ərazisindədir? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla