Yuxarı

Zirə limanından tranzit yüklərin daşınmasına başlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilk dəfə Zirə Limanından dəmir yolu ilə tranzit yüklərin daşınmasına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

ADY tərəfindən 2023–2024-cü illərdə həyata keçirilən infrastruktur quruculuğu çərçivəsində Dübəndi–Zirə–Gürgən–Zirə Dəniz Limanı dəmiryol xətti (21 km) yenidən qurulub, Gürgən və Zirə Limanı arasında 9 km uzunluğunda yeni dəmiryol xətti çəkilib.

Qeyd olunan infrastruktur quruculuğu Zirə Limanından ilk dəfə olaraq dəmir yolu ilə tranzit yüklərin daşınmasına imkan yaradıb.

İlkin mərhələdə 13 min tona yaxın yükün daşınmasına başlanılıb. Mərkəzi Asiyadan göndərilmiş kükürd yükü qatarla Avropa istiqamətinə yola salınacaq. Ümumilikdə Zirə limanından dəmir yolu ilə ay ərzində 60 min ton yük daşınması planlaşdırılır.

Növbəti mərhələdə yüklərin çeşidinin artırılması, o cümlədən karbamid yükünün daşınması nəzərdə tutulur.

Zirə limanından dəmir yolu ilə tranzit yüklərin daşınması sayəsində Orta Dəhlizlə yük axınlarının daha sürətli təşkili və əməliyyatların səmərəliliyi təmin olunacaq.

ADY tranzit daşımaları effektiv təşkil etməklə yanaşı, Azərbaycan ərazisindən keçən dəhlizlərin inkişafı, rəqabətliliyinin və cəlbediciliyinin artırılması üzrə aktiv fəaliyyət göstərir. Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhlizi Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhlizdir. Azərbaycan bu dəhlizin şaxələndirilməsi və alternativ qollarının formalaşdırılması üzrə əsas təşəbbüskar tərəfdir.

Tarix
2025.01.31 / 14:28
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təltif etdiyi Fateh Birol kimdir?

Paylan təklif etdi: 40%-ni Bakıdan alaq...

Prezidentdən Fateh Birolla bağlı sərəncam

XİN-dən saxlanılan gəmilərimizlə bağlı yeni açıqlama

Nikol artıq dərk edir, Zəngəzur inadından geri çəkildi

Pezeşkian azərbaycanlılara qarşı təhqirlərdən danışdı

Razılaşdırılmayan 2 maddə ilə bağlı təkliflərimiz budur

Azərbaycana maneəsiz keçid verməyə hazırıq, ancaq...

ATƏT-in Minsk Qrupu ləğv edilməlidir!

Bakıdan qovulan iranlı fahişələr deputatla... - Sensasiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla