Yuxarı

Xalid Kazımlı prokurorluqdadır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalid Kazımlı prokurorluqdadır

"Hal-hazırda Bakı şəhər Prokurorluğundayam, bir azdan ifadə verməyə başlayacağam".

Bu sözləri "Musavat.com"un baş redaktoru Xalid Kazımlı "Axar.az"a bildirdi:

"Hal-hazırda Bakı şəhər Prokurorluğundayam, bir azdan ifadə verməyə başlayacağam".

Xatırladaq ki, Xalid Kazımlı çağırış məktubu əsasında Bakı şəhər Prokurorluğuna gedib.

Xəbər verdildiyi kimi, dünən axşam saatlarında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluya zəng edərək, onun təcili Bakı şəhər Prokurorluğuna gəlməsini xahiş edib. E.Sultanov baş redaktorun prokurorluğa nədən gəlməli olmasının səbəbini də deyib.

Belə məlum olub ki, bu, "Musavat.com" saytında gedən bir yazıyla əlaqədardır. Həmin yazıda Yasamalda baş verən yol qəzasında əzilən bahalı "Mersedes-Gallenvagen" markalı maşının "Bakı şəhərinin rayonlarından birinin prokurorunun oğluna məxsus olduğu" bildirilir.

R.Arifoğlu saytın baş redaktoru yox, təsisiçisi olduğunu, həmin materialdan isə ümumiyyətlə xəbəri olmadığını bildirərək, prokurorluğa dəvəti bir gün sonraya təxirə salıb. Daha sonra Baş Prokurorluqdan xahiş ediblər ki, saytın baş redaktoru bu gün saat 12-də Bakı şəhər prokurorluğuna gəlsin.

"Musavat.com"un baş redaktoru Xalid Kazımlı bildirib ki, "Günün fotosu: harın oğulun qəzası" başlıqlı yazını özü hazırlayıb və sayta da özü yerləşdirib:

"Saytda vaxtaşırı istifadə etdiyim "Günün fotosu" mənim rubrikamdır. Kiçik həcmli, təxminən 1000, 1500 işarəlik köşələri bu rubrikada yazıram. Açığı, xeyli də populyardır, bəzən baxış sayına görə ən sensasion materialları da üstələyir. "Harın oğulun qəzası" başlıqlı materialda da konkret bir ad, soyad, hətta qəzaya düşən maşının nömrəsi də yoxdur. Ümumi şəkildə bildirilir ki, "deyilənə görə, bu prokurorun oğluna məxsusdur". Ona görə də bu məsələ ilə bağlı prokurorluğa dəvət edilməyimiz o qədər anlaşılmır. Əgər həmin prokurorun kimliyini tapmaq öyrənmək istəyirlərsə, maşının nömrəsi 90 DD 065-dir, buradan öyrənə bilərlər".

Tarix
2014.02.19 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

Daşkənddə Azərbaycan bayrağı proyeksiya olundu - Foto

Şimali Kipr lideri Azərbaycan nümayəndələrini qəbul etdi

​5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər

Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya

Bayramovun da iştirak etdiyi görüşdə nələr müzakirə edildi?

İlham Əliyev Daşkənddə ziyafətdə - Video

İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

Əliyev Daşkənddə tədbirdə: Alim Qasımov mükafatlandırıldı

Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - Foto

Bayramov ilk dəfə bu tədbirdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla