Yuxarı

"Sovetski” sakinlərinə kompensasiya verilməsi dayandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sovetski” sakinlərinə kompensasiya verilməsi dayandırıldı

Dünən "Sovetski" sakinləri ilə rəsmi nümayəndələr arasında görüş keçirildi.

Sakinlərdən Samir Hacıyev Hafta.az-a açıqlamasında görüş və görüşdən sonrakı razılaşma haqda məlumat verib: "Mart ayının 3-də yenə də 150 saylı orta məktəbin akt zalında görüş olacaq. Dünənki iclasda olan Yasamal rayon icra başçısı, Bakı meri Hacıbala Abulatlıbov, Köçürülmə Komissiyasının sədri Səməd İslamov, Abid Şərifov yenə də gələcək. Tələb olunan şərtlərə görə, mümkün olan güzəştlər haqda məlumat verəcəklər. Tələblər budur ki, hər kvadratmetə görə 3500 AZN, kiçik kvadratlılara ev, yaxud da yüksək kompensasiya verilsin. Və komissiya ölçüləri yenidən götürsün. Yəni faktiki yaşayış kimi yox, sənədlərdə göstərilən kimi ölçülsün. Amma istəməklə də deyil. Yəqin ki, bu rəqəm çox istəməklə az almağa hesablanmış bir şeydi. Bu hesabla 200 kvadratmetr evi olan 700 min manat alarsa, artıq milyoner olacaq. Amma 40 kvadratmetr evi olana yeni ev almaq üçün bu pul ancaq çatar. Dövlət özü bilir də necə qərar verəcək. Camaatın hər istədiyini verən deyil ki?!"

S.Əliyev bildirib ki, martın 3-ə qədər kompensasiya verilməsi dayandırılıb: "Martın 3-nə kimi hələ sakitlik olacaq, nə aksiya, nə hər hansı narazılıq olmayacaq. Hətta 1500 AZN-ə razılaşıb kompensasiya almaq istəyənləri də o vaxta kimi qəbul etməyəcəklər. Yeni qərar çıxmayınca heç kim kompensasiya almayacaq".

Tarix
2014.02.19 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

Dəfələrlə vurğulamışıq ki, Zəngəzur dəhlizi... – Hacızadə

Peskovun babası Bakıda güllələnibmiş

Ərdoğan İlham Əliyevi təbrik etdi

Bələdiyyələrə subsidiyalar azaldıldı

Prezident AMEA ilə bağlı bu iddianı ən azı ertələdi

Prezident Slovakiya müdafiə nazirini qəbul etdi

Rəsmi Bakı İrəvana doğru bir addım atdı - Solonnikov

Moskva “Tramp yolu”ndan narahatdır

Rusiya anlayır ki, Azərbaycansız mümkün deyil - Mixaylov

Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla