Yuxarı

Səməd Vurğun belə bir xahişlə mənə müraciət etdi – Bağırov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səməd Vurğun belə bir xahişlə mənə müraciət etdi – Bağırov

Yazıçı-tərcüməçi Əlisa Nicatın Səməd Vurğun haqda ifadələrindən sonra sosial şəbəkələrdə başlayan müzakirələr fonunda politoloq Turab Rzayev Mir Cəfər Bağırovun çıxışından arxivə istinadla sitat paylaşıb.

Kult.az sözügedən tarixi sənədi təqdim edir:

“Səməd Vurğunun Bakı konfransında çıxışını mən onunla izah edirəm ki, o, necə vardısa, qatı millətçi kimi elə də qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır. Onun qatı müsavatçılar olan Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə kimi müəllimləri vardı, 1935-1939-cu illərdə xalq düşmənlərinin kütləvi ifşa edilməsi dövründə Səməd Vurğunun əleyhinə çoxlu ifadələr var idi. Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, istedadlı şair olduğuna görə yoldaş Stalinin sanksiyası onu cəza orqanlarının həbsindən xilas etdi. Bundan sonra bir neçə il keçdi və Səməd Vurğun belə bir xahişlə mənə müraciət etdi: Hüseyn Cavid və Abbas Mirzə Şərifzadənin həbsdən azad edilib geri dönmələrinin bir yolunu tapmaq olmazmı? Ona görə ki, sonuncu onun pyesində Xosrov rolunu oynayırdı.

Yeri gəlmişkən, Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə Müsavat Partiyasının liderlərindən idilər. Bununla bağlı biz Səməd Vurğunu möhkəm tənqid etdik və xəbərdarlıq etdik ki, əgər biz onu keçmiş müəllimindən ayırmışıqsa, bu o demək deyil ki, o, bundan sui-istifadə etməlidir”. (Bax: Mir Cəfər Bağırovun Sov.İKP MK yanında Partiya Nəzarət Komitəsinə əlavə izahatı. 1954., Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi, f. 589, s. 3, i.7044, cild 6, v. 53-52).

Tarix
2025.02.05 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla