Yuxarı

Əli Həsənov Kəlbəcər icra başçısını "vurdu"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Həsənov Kəlbəcər icra başçısını "vurdu"

Təəssüflər olsun ki, son vaxtlar ölkənin bəzi bölgələrində, həmçinin Bakıda dələduzlar peyda olub və onlar qaçqın və məcburi köçkünlərə istiqamətləniblər.

"Axar.az" "Gün.Az"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov bununla bağlı bir neçə dəfə KİV vasitəsilə qaçqınları və məcburi köçkünləri xəbərdar etdiyini vurğulayıb.

Baş nazirin müavini xatırladıb ki, bu günlərdə Gəncədə bir məcburi köçkün mənzil əldə etmək üçün binanın damına çıxıb intihara cəhd etmək istəyib:

"Mənzil əldə etmək üçün özünü yandırma kimi istifadə meyilləri ortaya çıxıb. Mən bir daha xəbərdarlıq etdim ki, bu yolla mənzil almaq mümkün deyil. Qeyri-qanuni yolla insanları yataqxanalara yerləşdirirlər ki, bunlar mənzil alsın.

Ancaq biz bu cür ədalətsizliyə yol verə bilmərik. Bizdə siyahılar var. Biz bilirik ki orda 20 il yaşayanlar kimdir.

Məsələn kəlbəcərli köçkün işğaldan bir neçə il əvvəl Azərbaycanın digər bölgəsində gəlib yaşayır. Bir il bundan qabaq Kəlbəcər RİH-in bəzi işçiləri qanunsuz yolla bunu qeydiyyata salırlar ki, bu şəxs ev alsın. Biz bu qanunsuzluğa yol verə bilmərik".

Ə.Həsənov bildirib ki, qəbuluna məcburi qaçqın olan qadın gəlib və bildirir ki, 44 nəfər məcburi köçkündən dələduzlar 370 min manat toplayıb:

"Bunların hamısında Ağdamdan olan məcburi köçkünlərdir. Bəlli olanda ki, bu iş dələduzluqdur, həmin şəxs pulun 170 min manatını qaytarıb. Qalan pulu ödəyə bilmədiyindən Türkiyəyə qaçıb. Bu cür halların hamısına son qoyulacaq".

Tarix
2014.02.19 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

Bayramovla Lavrovun görüşü başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla