Yuxarı

Külək yıxdı, başı avtobusun təkəri altında qaldı, öldü...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Külək yıxdı, başı avtobusun təkəri altında qaldı, öldü...

Fevralın 7-də güclü külək Xırdalan sakininin həyatına son qoyub. Belə ki, 517 nömrəli marşrut xətti üzrə hərəkət edən "İsuzu" markalı avtobus piyadanı vurub.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a Daxili İşlər Nazirliyinin DİN Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib.

"Hadisə 19:00-da baş verib. Xırdalan şəhəri ərazisində Sumqayıt şəhər sakini 1966-cı il təvəllüdlü A.Məmmədov idarə etdiyi sərnişin avtobusu ilə yolu keçən 1957-ci il təvəllüdlü C.Əsgərovu vurub. C.Əsgərov hadisə yerində ölüb. Abşeron Rayon Polis İdarəsində araşdırmalar aparılır", - deyə məlumatda əlavə edilib.

Məlumata görə, güclü külək səki ilə hərəkət edən 68 yaşlı piyada Cavanşir İlyas oğlu Əsgərovun yıxılmasına səbəb olub. Nəticədə səkidən yolun hərəkət hissəsinə yıxılan şəxsin başı avtobusun təkəri altına düşüb. C.Əsgərov aldığı xəsarətlərdən həyatını itirib.

Tarix
2025.02.10 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla