Yuxarı

Yanvar ayında bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanvar ayında bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

Dövlət Statistika Komitəsi bu ilin yanvar ayında ən çox bahalaşan və ucuzlaşan məhsulların siyahısını açıqlayıb.

Axar.az ATA-ya istinadla xəbər verir ki, yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma balıq məhsullarının, uşaq qidası üçün quru süd qarışığının, kərə, günəbaxan və qarğıdalı yağlarının, süfrə marqarininin, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə əsasən makaronun, təzə balığın, yumurtanın, portağalın, bananın, yerkökünün qiymətlərində yaşanıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin yanvar ayında qeyri-qida malları üzrə inflyasiya 0,3 faiz təşkil edib. Yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma kərpicin, sulu boyaların, pambıq parçaların, çilçıraqların, zərgərlik məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtaların, laminat parketlərin, yazı kağızlarının qiymətlərində olub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş veryib.

2025-ci ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə bahalaşma isə 2 faiz təşkil edib. Yanvar ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma istilik, elektrik enerjisi, təbii qaz təchizatı və mənzillərin kirayə verilməsi xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində baş verib. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Tarix
2025.02.12 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla