Yuxarı

Bakıda ağır qəza: ata və azyaşlı qızı öldü - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:26

Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, qəza paytaxtın Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Ramil Saleh oğlu Məmmədov idarə etdiyi BYD markalı maşınla hərəkətdə olan zaman “Jeely” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində sürücü R.Məmmədov və onun iki yaşlı qız övladı hadisə yerində ölüb. Həyat yoldaşı isə aqonal vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Hazırda qadının vəziyyəti ağır olaraq qalır.

Qəza ilə bağlı araşdırma aparılır.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə fevralın 16-da saat 23:30 radələrində H.Əliyev prospekti, Bakı Olimpiya İdman kompleksinin yaxınlığından yol-nəqliyyat hadisəsi səbəbilə çağırış daxil olub.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcil tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın cinsli - təxminən 2 yaşında) həkiməqədər ölüm faktı qeydə alınıb. 36 yaşlı şəxs (kişi cinsli) isə Sabunçu Tibb Mərkəzinə təxliyə olunarkən təcili tibbi yardım avtomobilində vəfat edib.

Xəsarət alan digər şəxs (qadın cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

Açıq kəllə-beyin travması, başın ağır dərəcəli əziyi, başın təpə nahiyəsinin əzilmiş yarası, burun-qulaq qanaxması, sol bazunun sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.

Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Tarix
2025.02.17 / 10:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən açıqlama

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla