Yuxarı

Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay aldı

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ABŞ-ın “BlackRock” şirkətinin tərkibinə daxil olan “Global Infrastructure Partners (GIP)” tərəfindən idarə olunan investisiya fonduna qoşularaq İtaliyanın aparıcı yüksək sürətli dəmir yolu operatoru “Italo – Nuovo Trasporto Viaggiatori S.p.A (Italo)”ya 34,5 milyon ABŞ dolları məbləğində sərmayə yatırıb.

Bu barədə Axar.az-a Fonddan bildirilib.

Qeyd edilib ki, 2012-ci ildə yaradılmış “Italo”, İtaliyada ilk özəl yüksək sürətli sərnişin dəmir yolu operatoru kimi sektorda qabaqcıl şirkətlərdən biridir. Şirkət saatda 360 km-ə qədər sürət yığa bilən “25 AGV 575” və “26 Italo EVO” qatarlarından ibarət parkı ilə Milan-Roma dəhlizi də daxil olmaqla, İtaliyanın 54 şəhərini əhatə edən marşrutlarda fəaliyyət göstərir.

2024-cü ildə qlobal konteyner daşımaları sahəsində fəaliyyət göstərən “MSC” şirkəti “Italo”nun təxminən 50%-lik səhmlərini “GIP”-dən əldə edib. Qalan 50%-lik pay isə “GIP”, müştərək investorlar və “GIP” tərəfindən idarə olunan ARDNF-nin də daxil olduğu fondlara məxsusdur.

"Yüksək əməliyyat göstəriciləri ilə səciyyələnən “Italo” dayanıqlı mobillik həllərinə artan tələbat fonunda böyük artım potensialına malikdir. Bu investisiya, uzunmüddətli investor olaraq dayanıqlı infrastruktur aktivlərinə sərmayələr həyata keçirməklə ARDNF-nin investisiya portfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir" - Fonddan əlavə edilib.

Tarix
2025.02.18 / 17:53
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı

Üzərliklə bağlı daha bir rəsmi xəbərdarlıq

Xameneinin olduğu yerin koordinatlarını kim verib?

İranda müharibə: Azərbaycan heç vaxt olmadığı qədər çalışır...

Ceyhun Bayramov İranla bağlı Səfadi ilə də danışdı

Dubayda qalan azərbaycanlı aktyor: Qayıda bilmirik

“Əmək bazarı” işçi qrupunun növbəti iclası keçirildi

Qadağan edilmiş bu məhsulların ölkəyə gətirilməsi kəskin artıb

Azərbaycan vasitəsilə İrandan təxliyə olunanların sayı artır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla