Yuxarı

Bu universitet tələbələrini təcrübə üçün xaricə göndərir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu universitet tələbələrini təcrübə üçün xaricə göndərir

Azərbaycan Dillər Universitetində (ADU) 2024-2025-ci tədris ilində bakalavr ali təhsil pilləsinin sonuncu kursunda təhsil alan tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunan konfrans keçirilib.

Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla tələbələri təcrübəyə yollanmaları münasibəti ilə təbrik edib. Qeyd olunub ki, ADU tələbələri bu il ilk dəfə olaraq pedaqoji və istehsalat təcrübəsini xarici ölkələrdə keçmək fürsətini əldə edəcəklər:

“Bu il tələbələrimiz ilk dəfə olaraq Türkiyədə, Belarusda təcrübə keçmək imkanına sahib olacaqlar. Bu tarixi bir hadisədir. Bu münasibətlə tələbələrimizi, müəllimlərimizi təbrik edirəm. İnanıram ki, pedaqoji və istehsalat təcrübəsinə yollanan tələbələrimiz uğurlu nəticələr əldə edəcəklər.

Çox vacib və əhəmiyyətli məqamlardan biri də odur ki, biz universitet olaraq öz coğrafiyamızı genişləndiririk. Pedaqoji təcrübəni Azərbaycanın bütün regionlarında həyata keçirməklə, yeni bir uğura imza atmış oluruq. Pedaqoji və istehsalat təcrübəsi tələbələrimiz üçün çox önəmli bir təhsil fəaliyyətidir. Burada müəllimlərimizin də üzərinə böyük məsuliyyət düşür. İnanıram ki, universitetimiz öz peşəkar müəllimləri və pedaqoji heyəti ilə bu işin öhdəsindən uğurla gələcək”.

Qeyd edilib ki, bu il ümumilikdə 1672 tələbə pedaqoji və istehsalat təcrübəsinə yollanacaq.

Konfrans tələbələrin və müəllimlərin çıxışları ilə davam edib.

Tarix
2025.02.18 / 23:16
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla