Yuxarı

Bakıda yeni bulvar salınacaq - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində yeni bulvar salınacaq.

Axar.az xəbər verir ki, bu barədə Bakı Abadlıq Xidməti məlumat yayıb.

Uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının axıdıldığı Bülbülə gölü tezliklə təmiz, abad, göz oxşayan istirahət məkanına çevriləcək.

Ümumi sahəsi 99 hektar olan Bülbülə gölündə suyun real dərinliyi 2.50-2.80 metrdir. Gölün ətrafında yaşayış evləri var. Hazırda isə Bülbülə gölündə layihələndirmə işləri başa çatdırılıb. Gölün ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib, asfalt üçün alt qat hazırlanıb. Yaxın zamanda iş gücləndirilmiş rejimə keçəcək. Növbəti mərhələdə sahil boyunca asfalt salınacaq.

Ərazidəki yeni bulvarda restoranlar, kafelər, dairəvi velosiped yolunun çəkilməsi də nəzərdə tutulub.

Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, katamaran və istirahət yerləri salınacaq.

Həmçinin Bülbülə gölünün üzərindən körpünün salınması da nəzərdə tutulub.

Qeyd edək ki, Əmircan, Bülbülə, Bakıxanov və Qaraçuxur qəsəbələrindən gündəlik 25 min kubmetr çirkab sularının axıdılması nəticəsində göldə və gölətrafı ərazidə xoşagəlməz vəziyyət yaranmışdı.

Tarix
2025.02.19 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

ATƏT PA-da erməni deputatın əsassız iddiaları ifşa olundu

Hacıyevin İsrail səfəri: Siyasi dönüş başladı, qadağa ləğv edilir!

İlham Əliyev Hulusi Akarı qəbul etdi - Foto

Nikolun Makrona arxalanmasının nəticəsi... - Mixaylov

Böyük əmilər oynayır: Ukrayna kiçik hissələrə parçalanacaq

Tramp zəhmət çəkməsin, Bakı və İrəvan özü həll edər

Bakıda müsadirə edilən “Rolls Roys” kimindir? – Foto

Nə qədər ki, Paşinyan güclüdür… - Politoloq

Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü

Bayramov Ukrayna XİN rəhbərinin müavinini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla