Yuxarı

DYP-dən qarlı hava ilə bağlı müraciət: Diqqətli olun!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən qarlı hava ilə bağlı müraciət: Diqqətli olun!

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı piyadalara müraciət edib.

Bu barədə Axar.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, hazırda ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti piyadalar üçün bir sıra çətinliklər yaradıb:

"Bununla yanaşı, yolların sürüşkənliyi və məhdudiyyətli görünmə səbəbindən piyadavurma hadisələrinin baş vermə ehtimalı artıb. Lakin bəzən piyadaların qeyri-sabit hava şəraitini düzgün qiymətləndirməməsi, daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, səki olduğu halda, eləcə də qəflətən yolun hərəkət hissəsinə çıxması yol qəzalarının baş verməsinə real zəmin yaradır.

Nəzərə almaq lazımdır ki, sürüşkən yolda piyadanın anidən yola çıxması onsuz da çətinliklə hərəkət edən sürücünü kəskin tormozlamaya vadar edir ki, bu da piyadavurma, toqquşma, maneəyə vurma kimi ağır hadisələrə gətirib çıxarır.

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin ən müdafiəsiz iştirakçısı olan piyadalara müraciət edərək, bir daha onları əlverişsiz havalarda yola çıxarkən öz həyat və sağlamlıqlarına qarşı diqqətli olmağa, verilən tövsiyələrə laqeyd yanaşmamağa, hərəkəti qaydalarına istisnasız əməl etməyə çağırır".

Tarix
2025.02.21 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ali Məclisdə yeni komissiyalar yaradılacaq

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla