Yuxarı

Bədirxanov İlon Maskın şirkəti ilə əməkdaşlıqdan danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bədirxanov İlon Maskın şirkəti ilə əməkdaşlıqdan danışdı

"SpeysX" və Azərkosmos arasında formalaşan əməkdaşlıq Azərbaycanın kosmos sahəsindəki mövqeyini gücləndirən mühüm strateji addımlardan biridir. Bu əlaqələr Azərkosmosun peyklərinin "SpeysX"in “Falcon-9” raketləri vasitəsilə orbitə buraxılması imkanlarını da dəyərləndirir.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf-a müsahibəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos”un İdarə Heyəti sədrinin müavini Dunay Bədirxanov deyib.

“Belə tərəfdaşlıq Azərbaycanın kosmos sənayesində qlobal oyunçularla əməkdaşlıq etməyə hazır olduğunu və bu istiqamətdə mühüm addımlar atdığını göstərir. Bildiyiniz kimi, 2023-cü ildə Azəkosmos və "SpeysX" ilə bağlanan müqaviləyə əsasən, “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub. "Azərkosmos" tərəfindən ölkəmizdə uğurla sınaqdan keçirilmiş “Starlink” peyk internet xidmətləri ucqar ərazilərdə internet xidmətlərinin Azərbaycanda da əlçatan olmasını təmin edə bilir”,- deyə sədr müavini bildirib.

Qeyd edək ki, "SpeysX" şirkətinin qurucusu milyarder İlon Maskdır. Şirkət 2002-ci ildə yaradılıb.

Tarix
2025.02.20 / 11:24
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla