Yuxarı

Növbəti peykimizin orbitə buraxılması… - Bədirxanov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Növbəti peykimizin orbitə buraxılması… - Bədirxanov

Son illər dünyada həm telekommunikasiya, həm də müşahidə peyklərinin sayı sürətlə artır və imkanları genişlənir. Bu da öz növbəsində Azərbaycanda müasir kosmik sənayenin trendlərini daha yaxından izləməyə imkan verir.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf-a müsahibəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos”un İdarə Heyəti sədrinin müavini Dunay Bədirxanov deyib.

“Azərkosmos” Azərbaycanın yeni, Azersky-2 Yerin məsafədən müşahidəsi peykinin kosmosa çıxarılmasını növbəti illər üçün – 2025-2027-ci illər üzrə Strateji İnkişaf Planına daxil edib və qeyd etdiyim kimi, hazırda peykin tikilməsi üzərində işlər davam edir. Azersky-2 peyki yüksək ayırdetmə qabiliyyətinə malik olacaq və müxtəlif sahələr – ətraf mühitin monitorinqi, kənd təsərrüfatı, şəhər planlaşdırılması, fövqəladə halların idarə edilməsi və milli təhlükəsizlik üçün əhəmiyyətli rol oynayacaq. Həmçinin, növbəti telekommunikasiya peykimizin orbitə buraxılması da gələcək hədəflərimizdən biridir. Bu peyk vasitəsi ilə əməkdaşlıq etdiyimiz ölkələrə internet, televiziya yayımı və digər rabitə xidmətlərinin daha geniş və keyfiyyətli şəkildə təmin edilməsinə mühüm töhfə verəcəyi gözlənilir. Yeni telekommunikasiya peykinin daha yüksək ötürücülük qabiliyyəti və geniş əhatə dairəsi sayəsində Azərbaycanın peyk xidmətlərinin ixrac potensialı da artırılacaq”, - deyə o, əlavə edib.

Tarix
2025.02.20 / 11:54
Müəllif
Axar.az
Digər xəbərlər

AVP-nin növbəti qurultayı: Sədr o seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla