Yuxarı

FHN-dən Novruz çərşənbələri ilə bağlı müraciət - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, bu gündən xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarını qeyd etməyə başlayır.

Bu münasibətlə keçirilən mərasimlərdə, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması isə arzuolunmaz və acı nəticələrə yol aça bilər. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi zaman aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur. Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır! Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.

Tarix
2025.02.25 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir elan etdi: Azərbaycan Pakistandan bu qırıcıları alır

Bunu Sovet İttifaqı uydurub, Dəmirçyan isə təbliğ edib...

Sərhəddə insident AB sayəsində azaldı - Simonyan

Xocalı Soyqırımı Memorial Kompleksi yaradılır

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”…

İranda Azərbaycan səfirinin paylaşımına aqressiv reaksiya

Prezident Küveyt əmirinə məktub göndərdi

Nikol Qərbi Azərbaycan İcması ilə dialoqa nə vaxt başlayır?

Ərdoğanın təklifini Rusiya bu cür rədd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla