Yuxarı

Nardaranın adı yol nişanlarından niyə götürüldü? – AYNA

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nardaranın adı yol nişanlarından niyə götürüldü? – AYNA

Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində Nardaranın adının silinərək, “Sea Breeze” adının yazılması müzakirələrə səbəb olub. Belə ki, həmin istiqamətlərdə yol nişanlarında yalnız qəsəbə adları qeyd olunub, yalnız “Sea Breeze” istisnadır. Üstəlik, “Sea Breeze” - lövhələrdə Azərbaycan dilində olmayan yeganə addır. Daha bir sual isə odur ki, Nardaranda yerləşən “Sea Breeze” adını qəsəbənin adını silmədən yazmaq mümkün deyildimi?

Məsələ ilə bağlı AYNA-dan Axar.az-ın sorğusuna cavabda bildirilib ki, məlumat lövhələrinin əsas funksiyası sürücülərə istiqamət vermək və hərəkəti tənzimləmək olduğundan, əsas cəlbetmə məntəqələrini və hərəkət istiqamətlərini göstərmək proritet hesab edilir.

“Lövhələrdə cəlbetmə məntəqəsi olan “Sea Breeze” yaşayış və turizm kompleksi də göstərilib. Bu, həm şəhərimizin qonaqları, həm də yerli sakinlərə aydın istiqamət yaratmaq üçün tətbiq edilən praktikadır. Dünyada da oxşar nümunələr mövcuddur. Adın ingilis dilində yazılmasına gəlincə isə bu, məkanın orijinal adını qorumaq məqsədi ilə edilib. “Sea Breeze” ifadəsi bir ərazi adı olduğu üçün tərcümə edilməyib və lövhələrdə orijinal formada qeyd edilib. Bu cür adlar çox vaxt məkanın orijinal adını qorumaq və tanınmağını təmin etmək məqsədi ilə tərcümə edilmir”, - deyə vurğulanıb.

Nardaran adının silinməsinə isə AYNA-nın cavabı belədir:

“Həmin istiqamətdə Nardaran, Pirşağı, Fatmayı, Goradil, Novxanı və digər ərazi vahidləri mövcuddur və bu adların hamısının eyni anda məlumat lövhələrində göstərilməsi mümkün olmamışdır”.

Tarix
2025.03.04 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident

Əliyev slovakiyalı həmkarını Azərbaycana səfərə dəvət etdi

Bratislava-Bakı aviareysi açıla bilər

İlham Əliyev Slovakiya prezidenti ilə görüşdü

İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi oldu

İlham Əliyev Slovakiyaya getdi

Şahin Mustafayev Arakçı ilə görüşdü - Foto

Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...

İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı

20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla