Yuxarı

Bələdiyyənin keçmiş sədri və bacısı ilə bağlı qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aytac Əliyeva 7 il müddətinə, İlknur Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlknur Turkut məhkəmə zalında həbs olunub. Hökmdə qeyd olunub ki, Aytac Əliyeva 3 il dövlət işində çalışa bilməz.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix
2025.03.05 / 19:38
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkianın istefa xəbəri: İranda dəhşətli proseslər gedir

Bu gün Rəsulzadənin vəfatının ildönümüdür

İlham Əliyevin Türkiyə səfərindən görüntülər - Video

Rusiya Ermənistanda İranla toqquşur: rəqabətin səbəbi…

Paşinyan dəhlizi açır, sadəcə bu ölkə imkan vermir - Davtyan

Ərdoğan İlham Əliyevlə görüşü barədə paylaşım etdi

Konstitusiya Məhkəməsindən mühüm qərar

Bakının tələbi: İrəvanda bütün heyət istefa verdi

Ərdoğan və İlham Əliyev iftar süfrəsində

Türk dünyasının birləşməsində onun rolu... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla