Yuxarı

Məktəblərə xəbərdarlıq edildi: Müəllimə gül vermək olmaz?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblərə xəbərdarlıq edildi: Müəllimə gül vermək olmaz?

Valideyn komitələrinin əsas funksiyası məktəblə valideynlər arasında düzgün əlaqə qurmaqdır. Lakin bəzi hallarda onlar bahalı hədiyyələr almaq üçün pul toplamaq təşəbbüsü ilə çıxış edirlər ki, bu da təhsil mühitinə mənfi təsir göstərir. Müəllimi sevindirmək üçün mütləq bahalı hədiyyələr almaq lazım deyil. Əsas olan onun əməyinə dəyər vermək və minnətdarlıq ifadə etməkdir.

Bu sözləri təhsil eksperti İlqar Orucov Axar.az-a açıqlamasında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə bağlı Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) xəbərdarlığı haqda danışarkən deyib.

“Təəssüf edirəm ki, bu məsələ hələ də Azərbaycanın təhsil gündəmindən çıxmayıb. Halbuki müəllimin zəhmətini heç bir bahalı hədiyyə ilə ölçmək mümkün deyil. Ən böyük hədiyyə onun yetişdirdiyi uğurlu və savadlı şagirdlərdir. Müəllimlərə bahalı hədiyyələr vermək əvəzinə, simvolik bir gül və ya səmimi təşəkkür kifayətdir. Bu, həm müəllim üçün mənəvi dəyər daşıyır, həm də valideynlər üçün əlavə maliyyə yükü yaratmır”, - o bildirib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsinin yolverilməzliyi ilə bağlı təhsil müəssisələrinə xəbərdarlıq edib.

Tarix
2025.03.06 / 09:08
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla