Yuxarı

Bakıda sürücüsü olmayan avtobus qəzaya uğradı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:39

Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusu qəzaya düşüb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Bayraq meydanının yaxınlığında baş verib.

Belə ki, sürücünün idarəetməsindən çıxan avtobus əsas yolla bulvar arasında olan arakəsməyə çırpılıb.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

***

Bayraq meydanı yaxınlığında qəzaya uğrayan avtobusda sürücü olmayıb.

Bu barədə Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli verib.

"Hadisə bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb.

Park vəziyyətində olan "Daevoo" markalı 10 TG 753 dövlət nömrə nişanlı avtobus hansısa nasazlıq səbəbindən hərəkətə gəlib və yol kənarındakı maneəyə çırpılıb. Avtobusda sürücü olmayıb. Fakt araşdırılır", - deyə T.Nəsirli bildirib.

***

Bakıda marşrut avtobusunun maneəyə çırpılması texniki nasazlıq səbəbindən baş verib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, martın 7-də Neftçilər prospektində qəzaya uğrayan "Daevoo" markalı 10 TG 753 nömrəli avtobus Fidan MMC-yə məxsusdur. İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb. Qeyd edək ki, 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək. Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir", - məlumatda qeyd olunub.

Tarix
2025.03.07 / 11:13
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev sözünü də deyir, ancaq Kreml bilir ki… - Xalatyan

ABŞ ştatları Çini kovidə görə məhkəməyə verir - İlk qərar

İsrail açıqladı: Bakı ilə ABŞ arasında strateji müttəfiqlik...

Biznesmenlerin Azərbaycana səfəri təxirə salındı

Bakı o iki ermənini istəyir, Nikol razılaşa bilər - Şarmazanov

Ermənistan bu şəxsləri təhvil verməlidir - Hacıyev

Bakı Qəzza ilə bağlı Misirin irəli sürdüyü planı dəstəkləyir

Tramp Cənubi Qafqazda nələri dəyişəcək? - Bıstritski

Rusiya alverçidir, bizi satacaq - Süleymani

İsrail druzları qorumaq adıyla Suriyaya meydan oxudu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla