Yuxarı

DYP 8 Martla bağlı müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) olaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir, həmin gün yol hərəkətində iştirak edən hər kəsin diqqətli və məsuliyyətli davranmasının vacibliyini bir daha xatırladırıq.

Axar.az xəbər verir ki, bu barədə BDYPİ-nin sürücülərə müraciətində qeyd edilib.

Bildirilib ki, bu il 8 Martın həftəsonuna təsadüf etməsi şəhərdaxili yollar və əsas magistrallarda, istirahət mərkəzlərinə və rayonlara gedən yollarda nəqliyyat vasitələrinin və sərnişin axınının artacağını göstərir:

"Bu isə sürücülərdən və piyadalardan daha çox diqqət və məsuliyyət tələb edir. Sürücülər sükan arxasında diqqətli olmalı, sürət həddinə riayət etməli, piyada keçidlərindən yalnız nəzərdə tutulmuş qaydalara uyğun istifadə etməlidirlər. Yolda tələskənlik, qaydalara laqeyd yanaşmaq və diqqətsizlik xoş olmayan hadisələrlə nəticələnə bilər. Piyadalar da yollarda ehtiyatlı davranmalı, qəfil yolun hərəkət hissəsinə çıxmamalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməlidirlər".

"Unutmayaq ki, hər birimizin sağlamlığı və təhlükəsizliyi ilk növbədə özümüzdən asılıdır.

Bayram günlərini xoş xatirələrlə yadda saxlamaq üçün yol hərəkəti qaydalarına əməl edək", - deyə müraciətdə qeyd olunub.

Tarix
2025.03.07 / 11:25
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev sözünü də deyir, ancaq Kreml bilir ki… - Xalatyan

ABŞ ştatları Çini kovidə görə məhkəməyə verir - İlk qərar

İsrail açıqladı: Bakı ilə ABŞ arasında strateji müttəfiqlik...

Biznesmenlerin Azərbaycana səfəri təxirə salındı

Bakı o iki ermənini istəyir, Nikol razılaşa bilər - Şarmazanov

Ermənistan bu şəxsləri təhvil verməlidir - Hacıyev

Bakı Qəzza ilə bağlı Misirin irəli sürdüyü planı dəstəkləyir

Tramp Cənubi Qafqazda nələri dəyişəcək? - Bıstritski

Rusiya alverçidir, bizi satacaq - Süleymani

İsrail druzları qorumaq adıyla Suriyaya meydan oxudu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla