Yuxarı

İdmançımız 5 il müddətinə diskvalifikasiya olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan samboçusu Ramil Vəliyev antidopinq qaydalarını pozduğu üçün 5 il müddətinə diskvalifikasiya olunub.

Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) məlumat yayıb.

Qeyd olunub ki, idmançıdan 2022-ci il sentyabrın 18-də götürülmüş test nümunəsinin cavabı müsbət çıxıb.

O, dopinqdən istifadə və saxtalaşdırma maddələri üzrə bütün yarışlardan kənarlaşdırılıb. 28 oktyabr 2022-ci ildə qüvvəyə minmiş cəza 27 oktyabr 2027-ci ildə başa çatacaq.

Qərar ITA-nın rəsmi saytı vasitəsilə ictimaiyyətə yenicə açıqlanıb.

Qeyd edək ki, R.Vəliyev 2022-ci il sentyabrın 15-18-də Çexiyanın Novi Sad şəhərində Avropa çempionatında döyüş sambosu növündə mübarizə aparıb və 79 kq çəki dərəcəsində gümüş medal qazanıb. O, finalda Beynəlxalq Sambo Federasiyasını təmsil etmiş əslən rusiyalı Zahid Qaydarova uduzub. Dopinq-testin də məhz final qarşılaşmasından sonra götürüldüyü güman olunur.

Tarix
2025.03.07 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev sözünü də deyir, ancaq Kreml bilir ki… - Xalatyan

ABŞ ştatları Çini kovidə görə məhkəməyə verir - İlk qərar

İsrail açıqladı: Bakı ilə ABŞ arasında strateji müttəfiqlik...

Biznesmenlerin Azərbaycana səfəri təxirə salındı

Bakı o iki ermənini istəyir, Nikol razılaşa bilər - Şarmazanov

Ermənistan bu şəxsləri təhvil verməlidir - Hacıyev

Bakı Qəzza ilə bağlı Misirin irəli sürdüyü planı dəstəkləyir

Tramp Cənubi Qafqazda nələri dəyişəcək? - Bıstritski

Rusiya alverçidir, bizi satacaq - Süleymani

İsrail druzları qorumaq adıyla Suriyaya meydan oxudu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla