
ÇL: PSJ "Liverpul"a qalib gəldi
02:42
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Qaxda işə düzəltmək adı ilə vətəndaşların 17 min manatını ələ keçirməkdə təqsirləndirilən şəxs həbs olunub.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 47 yaşlı Arif İbrahimov saxlanılıb.
O, zərərçəkmişləri işlə təmin edəcəyinə dair yalan vədlər verərək aldadıb və iki rayon sakininin 17 min manatını ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə A.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.
Tarix
2025.03.11 / 09:50
|
Müəllif
Axar.az
|