Yuxarı

Baş nazirdən sürücülərin hazırlıq kursları ilə bağlı qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazirdən sürücülərin hazırlıq kursları ilə bağlı qərar

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə” 14 iyul 2023-cü il tarixli qanunun qəbul edilməsi ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib, bəzi qərarlarını ləğv edib.

Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”yə əlavələr edilib.

Həmin əlavələrə görə, xüsusi hazırlığın təşkili və keçirilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə həmin Nazirlik yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri müqavilə bağlamaqla təmin edir. Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanılmış müqavilə əsasında Dövlət İmtahan Mərkəzinin apardığı qiymətləndirməyə əsasən 7 il müddətində etibarlı olan, formasını Nazirlər Kabinetinin təsdiq etdiyi sənəd verilir. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləğini Nazirlər Kabineti müəyyən edir.

Hazırlığı AYNA, mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri müqavilə bağlamaqla təşkil edir və həyata keçirir. Tədrisin nəticələrinə dair operatorla və ya sürücülərlə (məsul şəxslərlə) bağlanılmış müqavilə əsasında Dövlət İmtahan Mərkəzinin apardığı qiymətləndirməyə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə 7 il müddətində etibarlı olan, formasını Nazirlər Kabinetinin təsdiq etdiyi sənəd verilir. Hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləğini Nazirlər Kabineti müəyyən edir

Tarix
2025.03.13 / 17:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla