Yuxarı

Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 16-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Axar.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Valentina Matviyenkonu salamlayaraq, onun ölkəmizə səfərinin ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etdi.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri qəbula və qonaqpərvəliyə görə Birinci vitse-prezidentə təşəkkürünü bildirdi.

Qonaq ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında parlamentlərarası əlaqələrin və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğuladı.

Görüşdə Azərbaycan ilə Rusiya arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıdığı qeyd olunaraq ikitərəfli mədəni-humanitar əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Tarix
2025.03.16 / 20:46
Müəllif
Axar.az
Digər xəbərlər

Makron iki türk ölkəsi ilə sövdələşdi – Nə baş verir?

Avropa qorxuda: “Trampizm” sürətlə yayılır

Hikmət Hacıyevlə danışdım, ona dedim ki… – Trampın müşaviri

Paşinyan Makrona da zəng etdi: Bakı ilə razılığı xəbər verdi

Paşinyan Bakını “fakt qarşısında” qoymağa çalışır

Matviyenko Bakıya gəldi

Bu ölkədə yanğın: Azərbaycan başsağılığı verdi

Bakı ilə saziş: Paşinyan Pezeşkiana da məlumat verdi

Putinin iki liderlə birgə Əliyevə zənginin iki səbəbi...

Bu gecə AB kontingenti Dodiki ələ keçirə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla