Yuxarı

“Alatava” restoranında ciddi nöqsanlar aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Alatava” restoranında ciddi nöqsanlar aşkarlandı

Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev 1054 ünvanında yerləşən, fiziki şəxs Əbiyev Roman Səfər oğluna məxsus “Alatava” restoranında Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı obyektdə yararlılıq müddəti bitmiş “Bekon” əmtəə nişanlı ət məhsullarının istehlaka təqdim olunduğu, həmçinin istehlaka yararsız çörək, müvafiq müşayiətedici sənədləri olmayan süd məhsulları və bildirçin ətləri aşkar edilib.

Yoxlama aparılarkən restoranda qida məhsullarının saxlanılması zamanı temperatur rejiminə əməl olunmadığı, ⁠temperaturun monitorinqinin aparılmadığı müəyyən olunub. Eyni zamanda müəssisədə mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsulların dövriyyədən çıxarılmasına dair məhdudlaşdırıcı qərar qəbul edilib və nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.

Tarix
2025.03.18 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

AZAL təyyarəsi ilə bağlı birgə rəy açıqlandı: Vurulub!

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla