Yuxarı

Bu müəllimlərin maaşı artırılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sertifikatlaşdırma prosesinin nəticələrinə uyğun olaraq, müəllimlərin maaşı artırılacaq.

Axar.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, prosesi uğurla tamamlayan və ya tamamlamayan kateqoriyalar var:

"Qiymətləndirmənin məqsədi prosesə cəlb olunmuş şəxsləri bir-birindən fərqləndirməkdir".

N.İsmayılbəyli qeyd edib ki, artıq sertifikatlaşma prosesini uğurla tamamlayanların sayı 55 mini keçib. Onların 17 mindən çoxu maaşını 35 faiz əlavə ilə, 38 mini isə 10 faiz əlavə ilə alır:

“Cari ildə, Naxçıvan da daxil olmaqla, ölkənin 19 şəhərində bu imtahanı təşkil edəcəyik. Proses elektron formatda olur. Bitən kimi müəllimlər nəticələri, doğru və yanlış cavabları görə bilərlər. İmtahandan sonrakı apellyasiya mərhələsi də elektron formatda olur və qısa zamanda həyata keçirilir”.

N.İsmayılbəyli həmçinin 60 yaşdan yuxarı müəllimlərin imtahan verməsi məsələsinə də toxunub:

"Müəllimlərin sertifikatlaşdırma prosesində 60 yaşdan yuxarı şəxslərin iştirakı könüllüdür. Amma daha əvvəl prosesi uğurla tamamlayıb işinə davam edən 60 yaşdan yuxarı şəxslərin yenidən imtahandan keçməsi mütləqdir".

O vurğulayıb ki, ikili ixtisası olan təhsilverənlərin bir fənn üzrə imtahandan keçməsi kifayətdir. Məsələn, riyaziyyat və informatika fənnini tədris edən müəllimlər riyaziyyat fənni üzrə imtahandan keçibsə, informatikadan imtahan verməsinə ehtiyac yoxdur.

Tarix
2025.03.19 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü

Nurlan Soltanova nazirlikdə yüksək vəzifə verildi

Bayramov Veldkampla telefon danışığı apardı: Sülhə maneə...

Bayramov Bəhreyn XİN başçısı ilə danışdı

Paşinyan: Sülh sazişini imzalamağa hazıram

Bayramov Lemmi ilə danışdı: Sülh prosesi...

Kim sübut edə bilər ki, atəş Nikolun əmri ilə açılmır?

İmamoğlu saxlanıldı: Türkiyədə nə baş verir? – Türk ekspert

Çərşənbə şənliyi: kürdlər şəhərimizə iddia etdi

Nikolun qapalı iclası: İlham Əliyev kəndləri tələb edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla