Yuxarı

Hərbi vəzifəlilərin təlim toplanışı başa çatdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbi vəzifəlilərin təlim toplanışı başa çatdı - Video

Hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari ilin hazırlıq planına uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı başa çatıb.

Toplanışın başa çatması münasibətilə keçirilən bağlanış mərasimində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə çıxış edənlər bildiriblər ki, təlim toplanışı zamanı hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, eləcə də bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə onlarla müxtəlif ixtisaslar üzrə nəzəri və praktiki məşğələlər keçirilib. Plana əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəliyə ordumuzun arsenalında olan müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, həmçinin düzgün istifadə qaydaları və döyüş tətbiqi üsulları öyrədilib. Həmçinin onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.

Təlim toplanışında qarşıya qoyulmuş məqsədlərə nail olunduğu xüsusi qeyd edilib.

Sonda təlim toplanışında fərqlənən bir qrup hərbi vəzifəli təltif olunub.

Tarix
2025.03.19 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla