Yuxarı

"Mostbet"də 15 min uduzdu, xalasının qızıllarını oğurladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Mostbet"də 15 min uduzdu, xalasının qızıllarını oğurladı

Bakıda "Mostbet" oyun platformasında 15.000 manatdan çox pul uduzan şəxs xalasının evindən oğurluq edib.

Axar.az Qaynarinfo.az-a istinadla axəbər verir ki, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən hündürmərtəbəli binaların birində baş verib.

1993-cü il təvəllüdlü Seymur C. "Mostbet" mərc oyun platformasında 15 min manatdan çox pul uduzduğu üçün tanışlarına borcu yaranıb. Təqsirləndirilən şəxs borcu verə bilmədiyi üçün çıxış yolunu xalası N.C.-nın evindən oğurluq etməkdə görüb. O, gizli şəkildə xalasının cibindən evinin açarını oğurlayıb. Daha sonra N.C.-nın və ailəsinin evdə olub-olmamasını yoxlamaq üçün əvəlcə onların qapılarını döyüb. Seymur xalası qapını açdığı təqdirdə ona telefonunun enerjisinin bitməsini bəhanə etməyi planlaşdırıb. Amma qapını heç kəs açmadığından təqsirləndirilən şəxs evə oğurluğa girib və xalasına məxsus 15.733 manat dəyərində qızıl-ziynət əşyalarını oğurlayıb.

N.C. məhkəmədə bacısı oğlunu bağışlayıb.

Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-ci maddələri ilə təqsirləndirilən Seymur məhkəmənin qərarı ilə 3 il 6 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Tarix
2025.03.19 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla