Yuxarı

Polis Bakıda vətəndaşın həyatını belə xilas etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis Bakıda vətəndaşın həyatını belə xilas etdi - Video

Bakıda yanacaqdoldurma məntəqələrindən birində dramatik və eyni zamanda qürurverici anlar yaşanıb. Badamdar qəsəbəsində yerləşən YDM-ə yanacaq doldurmaq üçün daxil olan sürücünün səhhəti qəfil pisləşib.

Axar.az Patrul.az-a istinadən xəbər verir ki, avtomobilindən düşərək sifariş verdikdən dərhal sonra qəfil qıcolma keçirən vətəndaş müvazinətini itirərək arxası üstə yerə yıxılıb. Ətrafdakıların çaşqınlıq içində olduğu həmin kritik saniyələrdə hadisə yerində olan polis əməkdaşı dərhal hərəkətə keçib.

Həmin vaxt təsadüfən yaxınlıqda öz avtomobilinə yanacaq dolduran Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşı Ruslan Mehdiyev vəziyyəti anında qiymətləndirərək operativ şəkildə hadisəyə müdaxilə edib. Peşəkar polis əməkdaşı soyuqqanlılığını qoruyaraq vətəndaşa ilkin tibbi yardım göstərib, onun dilinin qatlanmasının və boğulmasının qarşısını alıb. Polis nəfərinin çevik reaksiyası sayəsində vətəndaşın vəziyyəti stabilləşib və o, yenidən özünə gəlib.

Təhlükəsizlik kameralarına düşən videogörüntülərdən də aydın görünür ki, polisin vaxtında və düzgün müdaxiləsi olmasaydı, hadisə daha ağır və faciəvi nəticələrə səbəb ola bilərdi.

Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb. Bu cür fədakar addımlar polis-vətəndaş münasibətlərindəki etimadın, qarşılıqlı dəstəyin və asayiş keşikçilərinin hər bir şəraitdə vətəndaşın yanında olmasının növbəti bariz nümunəsidir.

Həmin kadrları təqdim edirik:

Tarix
2026.06.19 / 22:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkənin səfirinin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla