Yuxarı

Ermənistanda hazırlanmış 30 azərbaycanlı: Bakıda terror əmri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında 1994-cü il martın 19-da terror aktının törədilməsindən 31 il ötür.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində ümumilikdə 27 nəfər həlak olub, 91 nəfər isə yaralanıb.

Hadisənin başvermə anı

Martın 19-u saat 13:00-da metronun “20 Yanvar” stansiyasında güclü partlayış olub. Məlumata görə, qatarın baş vaqonuna (lokomotiv) qoyulmuş saat mexanizmli əldədüzəltmə bomba qatar stansiyada dayandıqdan sonra partlayıb. İlkin olaraq 14 nəfərin öldüyü, 49 nəfərin isə xəsarət aldığı açıqlanıb. Terror hücumunun icraçısı olduğu bildirilən Oqtay Qurbanov adlı şəxs də partlayış nəticəsində ölüb.

Teraktın pərdəarxası və istintaq

Olaydan sonra Ümumilli lider Heydər Əliyev terrorizmin araşdırılması prosesinə Bakı Dövlət Komitəsini təyin edən fərman imzalayıb. Bu çərçivədə cinayət törətmək şübhəsi ilə “ləzgi xalqının azadlığı” adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı “Sadval” təşkilatının üzvləri həbs edilib. İstintaq prosesi çərçivəsində terror aktının təşkilatçıları və təqsirləndirənlərin Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqə qurduğu ortaya çıxıb. Hətta 1992-ci ilin aprel-may aylarında 30 nəfər Azərbaycan vətəndaşının Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçdiyi məlum olub.

Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsinin onların təşkilat kimi formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak etdiyi bildirilib. İstintaq zamanı təxribatçıların təlimata uyğun olaraq, “20 Yanvar” metrostansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Heydər Əliyev Sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırdıqları müəyyən edilib.

Terror aktına görə 11 nəfər məhkum edilib, onlardan ikisi ölüm cəzasına (güllələnmə), digər 9 nəfər isə müxtəlif illərlə həbs cəzasına məhkum olunub.

“Sadval”ın ikinci hücum aktı

1994-cü ilin iyul ayının 3-də Bakı metrosunda ikinci terror aktı törədilib. Saat 20:30-da “28 May” metrostansiyasından çıxıb “Gənclik” metrostansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qalmış, ikinci vaqonda partlayış olub. Daha sonra qatarda yanğın başlayıb. Terror aktı nəticəsində 13 nəfərin həlak olduğu və 58 nəfərin isə yaralandığı açıqlanıb.

Bu partlayışın təşkil edilməsi ilə əlaqədar Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Salman oğlu Aslanov həbs olunub. O, 1997-ci ilin 29 noyabr tarixində Azərbaycana ekstradisiya edilib. 1998-ci ildə Azər Aslanov öz ifadələrində Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən erməni yazıçısı Zori Balayandan aldığını bildirir. Yekun olaraq Azər Aslanov məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilir.

Qeyd edək ki, martın 19-da baş vermiş terror aktı nəticəsində həlak olanlar arasında Azərbaycan Respublikasının xalq artisti Rafiq Babayev də var idi.

Tarix
2025.03.19 / 19:04
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı merinin bu cavabı Pezeşkianı təəccübləndirdi - Video

Pezeşkianın Azərbaycan səfəri başa çatdı

Regionda Azərbaycanla dördyol ola bilərik - Pezeşkian

Əliyevin Pezeşkianla görüşündən yeni görüntülər yayıldı - Video

Pezeşkian Bibiheybət məscidini ziyarət etdi

Şuşanın işğalı barədə videomateriallar göstərildi

Azərbaycanla dünyanın ehtiyaclarını ödəyə bilərik - Pezeşkian

Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış etdilər

Bu bəyanatı Azərbaycanla imzalaya bilərik - Paşinyan

Araz dəhlizi ilə bağlı müxtəlif şayiələr gəzir - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla