Yuxarı

ADY mükafatla təltif edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə" nominasiyasında mükafata layiq görülüb.

Axar.az Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, ADY-nin sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsinə yönəlmiş davamlı fəaliyyəti, tətbiq etdiyi qabaqcıl yanaşma və həllər, yüksək komanda işi dəmiryolçuların təhlükəsiz və sağlam iş mühitində çalışmasını təmin edir.

ADY mülki müdafiə qüvvələri və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin iştirakı ilə davamlı olaraq taktiki-xüsusi təlimlər keçirir, təlimlərə ADY-nin fövqəladə hallar və yanğından mühafizə qatarları, mülki müdafiə qüvvələri və aidiyyəti struktur bölmələrinin işçi heyəti, həmçinin FHN-in, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti və Tibbi Xidməti cəlb edilir.

Bu təlimlər ADY-nin əməyin mühafizəsi sahəsindəki davamlı öhdəliklərini göstərir. Təlimlərin əsas məqsədi fövqəladə hallar barədə xəbərdarlıq edilməsi və onların nəticələrinin aradan qaldırılması üçün idarəetmənin təşkili üzrə bacarıq və vərdişlərin təkmilləşdirilməsi olub.

ADY bu cür mütəmadi təlimlər keçirməklə həm dəmir yolu işçilərinin təhlükəsizliyini təmin edir, həm də bu sahədə yüksək standartları qoruyaraq əməyin mühafizəsinə verdiyi önəmi bir daha nümayiş etdirir.

Tarix
2025.04.28 / 20:10
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Pezeşkianla görüşündən yeni görüntülər yayıldı - Video

Pezeşkian Bibiheybət məscidini ziyarət etdi

Şuşanın işğalı barədə videomateriallar göstərildi

Azərbaycanla dünyanın ehtiyaclarını ödəyə bilərik - Pezeşkian

Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış etdilər

Bu bəyanatı Azərbaycanla imzalaya bilərik - Paşinyan

Araz dəhlizi ilə bağlı müxtəlif şayiələr gəzir - Əliyev

Biz istəyirik ki, bu, sadəcə nəqliyyat dəhlizi olmasın - Əliyev

Saakyan Şuşa əməliyyatında iştirak etdiyini təsdiqlədi

Azərbaycan hərbçiləri NATO-nun təlimində

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla