Yuxarı

Birbank Biznes regiondakı sahibkarları bir araya gətirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibkarlara əlverişli və rahat bankçılıq xidmətləri təqdim edən Birbank Biznes bu dəfə Gəncə şəhərində və ətraf regionlarda yaşayan sahibkarlar üçün satış yarmarkası təşkil etdi. Bankın dəstəyi ilə həyata keçirilən layihə “Pasha Malls” və “Pasha Real Estate”in tərəfdaşlığı ilə “Gəncə Mall”da baş tutdu.

Axar.az xəbər verir ki, layihənin əsas məqsədi regionda fəaliyyət göstərən sahibkarın bizneslərini və şəxsi inkişafını dəstəkləmək idi. 30-a yaxın sahibkarın ödənişsiz qoşulduğu tədbir yerli sakinlər tərəfindən böyük maraqla qarşılandı. Yarmarka sahibkarlara yeni tanışlıqlar, biznes əlaqələri qurmaq, məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim etmək imkanı yaratdı.

Layihə ilə bağlı fikirlərini bölüşən Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə bu kimi təşəbbüslərin davamlı olacağını qeyd etdi: “Biz Kapital Bank olaraq 2018-ci ildən sahibkarlığın inkişafına dəstək göstərməyi öz strateji hədəflərimizdən biri olaraq seçdik. Bu istiqamətdə atdığımız ən mühüm addımlardan biri Birbank Biznes mobil tətbiqinin istifadəyə verilməsi oldu. Sahibkarlar artıq istehsal sahələrini, ofislərini və ünvanlarını tərk etmədən bir neçə dəqiqəyə bank xidmətlərindən yararlanaraq zamanlarını bizneslərinin inkişafına sərf edə bilirlər. Bununla yanaşı, bu gün baş tutan tədbir kimi onlarla layihə də məhz sahibkarlar üçün təşkil olunur. Çünki biz bilirik ki, ölkə iqtisadiyyatının lokomotivi kiçik və orta sahibkarlıqdır. Ona görə də onların həm bizneslərinə, həm də şəxsi inkişaflarına dəstək verməyə davam edirik.”

Qeyd edək ki, Birbank Biznes sahibkarların bir-biri ilə şəbəkələşməsi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində layihələrini davam etdirəcək. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Tarix
2025.04.28 / 18:59
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Bibiheybət məscidini ziyarət etdi

Şuşanın işğalı barədə videomateriallar göstərildi

Azərbaycanla dünyanın ehtiyaclarını ödəyə bilərik - Pezeşkian

Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış etdilər

Bu bəyanatı Azərbaycanla imzalaya bilərik - Paşinyan

Araz dəhlizi ilə bağlı müxtəlif şayiələr gəzir - Əliyev

Biz istəyirik ki, bu, sadəcə nəqliyyat dəhlizi olmasın - Əliyev

Saakyan Şuşa əməliyyatında iştirak etdiyini təsdiqlədi

Azərbaycan hərbçiləri NATO-nun təlimində

İlham Əliyev və Pezeşkianın iştirakı ilə forum keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla