Yuxarı

Pezeşkianın siyasətinin əsasını bu təşkil edir - Sangdevni

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkianın siyasətinin əsasını bu təşkil edir - Sangdevni

İran ilə Azərbaycan arasında neft və qaz sahəsində əməkdaşlıq davam edir. İki ölkə arasında neft yataqları sahəsində və strateji səviyyədə əməkdaşlıq üçün yaradılan işçi qrupu fəaliyyətini davam etdirir.

Axar.az xəbər verir ki, bu sözləri İran İslam Şurası Məclisinin Enerji komitəsi sədrinin müavini Ramazan Əli Sangdevni İRNA agentliyinə verdiyi açıqlamada deyib.

O bildirib ki, dünya iqtisadiyyatında enerjinin əhəmiyyətli rolunu nəzərə alaraq, qonşu ölkələr arasında əməkdaşlıq əlaqələrini artırmaq perspektivdə hər iki dövlətin inkişafına mühüm təsir göstərə bilər.

“İran azərbaycanlı sərmayədarları həvəsləndirib ölkəyə cəlb edə bilər, sərmayə yatırmaları üçün imkanlar yaradar ki, bu da dövlətlər arasında enerji, emal sənayesi, turizm, yeni texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat və tranzit sahələrindəki əməkdaşlıq əlaqələrini daha da artırar”, - o qeyd edib.

Sangdevni vurğulayıb ki, hər iki ölkə Xəzər dənizinin sahilində yerləşdiyi üçün dənizçilikdə, dəniz ticarəti sahələrində də qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurula bilər. Bu, tərəflər üçün olduqca faydalıdır:

“Prezident Pezeşkianın siyasətinin əsasında qonşu dövlətlərlə yaxın əməkdaşlıq əlaqələri qurub, sərhədyanı regionları inkişaf etdirmək, ticarəti tənzimləmək dayanır. Bu baxımdan Azərbaycan mühüm qonşu dövlətdir. Azərbaycanın iqtisadi potensialı var və İranın Ərdəbil, Qərbi və Şərqi Azərbaycan ostanlıqları ilə (vilayətlərinə) idxal-ixrac əməliyyatlarını artırmaq olar”.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinə toxunan İran parlamentinin üzvü bildirib ki, hər iki dövlət dəmir yolu vasitəsilə Fars körfəzi və Avropa arasında körpü rolunu oynaya bilər.

Tarix
2025.04.28 / 18:34
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla