Yuxarı

Qəza törətdi, məmur dostu öldü - 2,5 il şərti cəza aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəza törətdi, məmur dostu öldü - 2,5 il şərti cəza aldı

Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılıb. Qəza zamanı dünyasını dəyişən şəxs və sürücü iş yoldaşı olublar.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, VAZ 2106 markalı maşının sürücüsü, rayon sakini Nazim Abışov şəhər ərazisində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək daş hasara çırpılmışdı. Qəza zamanı avtomobildə olan sərnişin, Ağsu sakini Rövşən Əzizbəy oğlu Əmirov dünyasını dəyişmişdi.

Hər iki şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Şirvan Regional filialının əməkdaşları olublar.

Mərhum Rövşən Əmirov aparıcı mütəxəssis vəzifəsində çalışıb. Nazim Abışov isə həmin filialın Ağsu şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyib.

Hadisə vaxtı onlar iş başında olublar. Nazim Abışov bildirib ki, hadisə vaxtı özü də bilmədən idarəetməni itirib.

Abışovun sözlərinə görə, mərhumla yaxın dost olublar və baş verən hadisəyə görə peşmandır. Mərhumun ailəsi Nazim Abışovu bağışlayıb.

N.Abışov törətdiyi əmələ görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri qüvvədə saxlanılıb.

Tarix
2025.03.23 / 23:32
Müəllif
Axar.az
Digər xəbərlər

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla