Yuxarı

Azərbaycana gələn turistlərin sayı niyə azaldı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana gələn turistlərin sayı niyə azaldı?

Bu ilin iki ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz azalaraq, 338 min 600 nəfər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Tacikistandan 1,9 dəfə, Çindən 1,8 dəfə, İspaniyadan 1,7 dəfə, İordaniyadan 44,6 faiz, Hindistandan 44 faiz, Qırğızıstandan 25,7 faiz, Qazaxıstandan 21 faiz, Pakistandan 19,6 faiz, Misirdən 18,9 faiz, ABŞ-dan 17,4 faiz, Niderlanddan 16,5 faiz artsa da, AB-dən gələnlərin sayı 1,6 faiz, Körfəz ölkələrindən gələnlərin sayı 9,9 faiz, MDB dövlətlərindən gələnlərin sayı 9,2 faiz azalıb.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib.

O qeyd edib ki, 3 əsas istiqamət üzrə ölkəmizə gələn turistlərin sayında azalma qeydə alınıb:

“Azərbaycan üçün gəlmə turizmdə əsas regionlardan olan Körfəz ölkələrindən və eləcə də MDB dövlətlərindən gələnlərin sayının ayrı-ayrılıqda 10 faizə yaxın azalması ümumi turistlərin sayına mənfi təsir göstərib. Nəticədə bu ilin ilk ayını gəlmə turizm azalma ilə başa vurub.

Son statistika göstərir ki, gəlmə turizmdə yeni regionların payının artırılması, dayanıqlı turizm məhsullarından istifadə olunması və davamlılığın gücləndirilməsi üçün bu sahədə islahatların dərinləşdirilməsi daha da aktuallaşıb”.

Tarix
2025.03.24 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla