Yuxarı

Alatavada şok durum: evlər hər an uça bilər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alatavada şok durum: evlər hər an uça bilər - Foto

Onlar hər an evlərinin uçacağını gözləyir. Rahat yaşamaq istəsələr də, 5 ildir evlərinin iki addımlığında davam edən tikinti işləri onların rahatlığını əlindən alıb.

Söhbət 3-cü Alatava 513 ünvanında yaşayan sakinlərin həyatından gedir. Həmin ünvanda yaşayan vətəndaşlar "Axar.az"a öz şikayətlərini bildiriblər.

Evlərinin arxasında onların divarlarına bitişik olan yeni tikilməkdə olan binanın yaratdığı təhlükə sakinləri gecə-gündüz qorxu-vahimə içində saxlayır.

Həmin həyət evlərindən birinin sakini Səmayə Əsədova da elə bu qorxusundan danışır:

"Burda tikinti işləri gedəndə daş, dəmir, inşaat materialları evimizin üstünə düşür. Hər dəfə tikinti vaxtı canımı qoymağa yer tapmıram. Bir dəfə gecə uşaqları da götürüb evdən çıxdım ki, ev uçsa, altında qalmayaq. İnşaatı aparanlarla görüşüb, məsələni izah etmişik, özləri də görürlər ki, nə qədər təhlükə yaradır bu bina. Amma heç baxan da olmadı".

Alatava ərazisində yerləşən bu kiçik, balaca evləri qəddarcasına öz ağuşuna alan yeni tikilinin insanların həyatında yaratdığı təhlükəni sezmək elə də çətin deyil. Eyni həyətdə yerləşən, yerdən, uzun illərin yorğunluğunu daşıyan bu nəmli divarların daşları belə kövrəkləşib, çat-çat olub. Darısqal, kiçik evlərin əvvəl-axır özündən qat-qat nəhəng binanın zərbəsinə dözə bilməyəcəyi açıq-aşkar bəlli olur. Bu köhnə evlər yeni düzənə dözə bilməyib, həyata tələsik təslim olan adamı xatırladır. Çarəsiz və gücsüz. Uzun illər bu divarların hənirtisinə alışan sakinlər isə göz görə-görə evlərinin uçulub dağılmasına heç cür razı ola bilmirlər.

Xalidə Huseynovanın da artıq heç kimə ümidi qalmayıb. Deyir ki, bu boyda binanı söküb bizim rahatlığımızı, həyatımızın təhlükəsizliyini təmin edən deyillər:

"Hamımızın uşağı-böyüyü var. Bu dünyada insan özünü təkcə evində rahat hiss edir. Biz isə artıq evdə də rahat nəfəs ala bilmirik. Evimizin qıraq divarları da, içərisi də çatlayıb. Qorxu altında yaşayırıq, bir gün başımıza uçacaq deyə".

Sakinlərin şikayətinə aydınlıq gətirmək üçün, yeni tikilməkdə olan binanın həndəvərinə dörd dolansaq da, tikinti meydançasına girə bilmək üçün nə bir qapı, nə baca tapdıq.

Tikilən binanın hansı şirkətə məxsus olması barədə isə araşdırmamız davam edir.

Tarix
2014.02.21 / 08:15
Müəllif
Vəfa Nağı
Digər xəbərlər

Sahil Babayevə müavin təyin edildi - Sərəncam

Azərbaycan benzinini satmaq istəməyənlər... - Paşinyan

Bakıda mühüm tədbir: İlham Əliyev çıxış etdi - Foto

Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan

Azərbaycanın xarici borcu... - Prezident

Prezident açıqladı: Ölkədə ilk dəfə bu sistem yaradılır

ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək

Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır

Pəhləvi xalqa çağırış etdi, “test” başladı: bu gün və sabah...

Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla