Yuxarı

Ordumuzda Soyqırım Günü ilə bağlı anım tədbirlər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuzda Soyqırım Günü ilə bağlı anım tədbirlər - Video

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Mərasimlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də soyqırım qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd olunub ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılar kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilib.

Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə hər il martın 31-inin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunduğu diqqətə çatdırılıb.

Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, eləcə də Heydər Əliyev Fondunun ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı dəhşətlərinin dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Anım tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiyalar təqdim olunub, fotosərgilər, sənədli filmlər nümayiş etdirilib, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub.

Hərbi qulluqçular tərəfindən soyqırım qurbanlarının abidələri, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının məzarları ziyarət olunub.

Tarix
2025.03.31 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

İraq prezidenti WUF13-ə dəvət olundu

Azərbaycan XİN bu ölkəni təbrik etdi

İlham Əliyev Polşa prezidentini təbrik etdi

İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi

Həkimə qumbara atan şəxslə bağlı hər şey üzə çıxdı - Video

Ərdoğan Ermənistana onu göndərir - Səbəb

Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək

Slovakiya prezidenti Azərbaycana gələcək

İsrail səfirindən Azərbaycanla bağlı açıqlama

Qarabağda buna heyran qaldım - Braziliya səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla