Yuxarı

Yol tikintisi zamanı faciə: Yük maşınının altında qalıb öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol tikintisi zamanı faciə: Yük maşınının altında qalıb öldü

Muğanlı-İsmayıllı-Qəbələ magistral avtomobil yolunun tikintisi zamanı ölüm hadisəsi baş verib.

Axar.az Müsavat-a istinadən xəbər verir ki, layihə məşhur Körpü Bina Tikinti MMC tərəfindən icra edilir.

Layihənin icrası zamanı yük maşının aşması nəticəsində podratçı şirkətin əməkdaşı faciəli şəkildə dünyasını dəyişib.

Dünyasını dəyişən şəxs Körpü Bina Tikinti MMC ilə podrat müqaviləsi bağlamış şirkətin əməkdaşı Firavan Hacıbalayev olub.

"Şaqman" markalı yük maşınının Etibar adlı sürücüsü tikinti yerinə çay daşı gətirən zaman maşınlardan yükün boşaldılmasına Firavan Hacıbalayev nəzarət edirmiş. Hadisənin baş verməsinə yükün boşaldıldığı ərazidə havanın yağışlı, torpaq səthinin yumşaq olması səbəb olub. Sürücünün idarəetməni itirməsi ilə yük maşını aşıb və Firavan avtomobilin altında qalaraq dünyasını dəyişib.

Sürücü Etibar baş verənlərə görə peşman olduğunu deyib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma; ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Mərhumun ailəsinə dəymiş zərər ödənilib və barışıq əldə edilib. Məhkəmənin hökmü ilə sürücü 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunaraq cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilib.

Tarix
2025.04.02 / 12:56
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif

Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Foto

Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi

İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...

Əliyev-Makron görüşü: Fransa bundan imtina etdi!

Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür

İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı - Foto

Rusiyadan təklif: Bunu Azərbaycandan alaq!

Prezident Danimarka səfərindən video paylaşdı

Overçuk Azərbaycana gəlir: Mühüm üçtərəfli görüş...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla