Yuxarı

Bu xarici şirkətlərdən məhsul idxalına qadağa qoyuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, AQTA tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı cari dövr ərzində ölkəmizə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb və müəyyən olunan konkret faktlar üzrə zəruri tədbirlər görülüb. Aşkarlanan uyğunsuzluqlarla bağlı tənzimləmə tədbirləri çərçivəsində xaricdə fəaliyyət göstərən bəzi şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa tətbiq olunub.

Axar.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Belə ki, Ukrayna Respublikasının “Shidzahid”, “Zagotservice”, "Myasador”, "VKP Verbovskoye" MMC istehsalçı şirkətlərinin dondurulmuş mal əti məhsullarında, həmçinin bu ölkənin “Lutskaya Agrarnaya Kompaniya” şirkətinin dondurulmuş toyuq ayağı məhsulunda aşkarlanan uyğunsuzluqlarla bağlı həmin şirkətlərdən ölkəmizə məhsul ixracına qadağalar tətbiq olunub. Həmçinin Belarus Respublikasının SP "Santa Bremor" istehsalçı şirkətinin hisə verilmiş balıq filesi, “Qrodnenskiy Myasokombinat OAO”nun dondurulmuş mal əti, Braziliya Federativ Respublikasının “Masterboi” istehsalçı şirkətinin dondurulmuş mal əti, Monqolustan Respublikasının “Azat LLC” istehsalçı şirkətinin quzu əti, Rusiya Federasiyasının “Miratorg-Kurs” istehsalçı şirkətinin isə donuzun dondurulmuş sümüksüz əti məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına bildiriş məktubları ünvanlanıb.

Tarix
2025.04.07 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədiyini aldı, İran sözünü geri götürdü – Təcili

Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi

Bərzani İlham Əliyevi təbrik etdi

Bakı ilə Bisau arasında məsləhətləşmələr keçirildi

İlham Əliyev bu komissiya ilə bağlı dəyişiklik etdi

Vergidən azad edilən materialların siyahısı genişləndirildi

Babayan: Saytlarımız bu domenlə qeydiyyata alınırdı

Ölkədən getmək istəyən borclu şəxslərə SMS göndəriləcək

“Qırmızı Körpü” və “Samur”la bağlı mühüm qərar

Qarabağdakı mina partlayışına BMT-dən reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla