Yuxarı

Rusiya bunu dərk edir, danışıqlarda maraqlı deyil - "Azov"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya bunu dərk edir, danışıqlarda maraqlı deyil - "Azov"

Rusiyanın döyüşə hazır bölmələri Pokrovskdən Toretsk istiqamətinə keçirilib.

Axar.az xəbər verir ki, bunu Ukrayna ordusunun “Azov” xüsusi təyinatlı briqadasının zabiti İlya Samoylenko bildirib.

O qeyd edib ki, ruslar sərhədi keçmək məqsədi ilə Kursk vilayətində əks-hücuma hazırlaşırlar: “Rusların hücum potensialını tükəndiyini söyləmək olmaz”.

Onun fikrincə, yaxın gələcəkdə Rusiyanın hücum hərəkətlərinin intensivləşməsini gözləmək lazımdır, xüsusən də Moskva ilə Vaşinqton arasında danışıqlar sayəsində müharibənin tezliklə bitəcəyi ilə bağlı fikirlər fonunda.

2025-ci ilin yazının müharibədə həlledici olub-olmayacağı sualına Samoylenko belə cavab verib:

"Yadımdadır ki, bu, 2023-cü ildən baş verir. 2023-cü il - yaz-yay həlledici olmalıdır, 2024-cü il - eyni şey. Bizim üçün hər mövsüm həlledicidir”.

O hesab edir ki, Rusiya heç bir danışıqlar prosesində maraqlı deyil, çünki onun döyüş meydanında əhəmiyyətli üstünlüyü var:

"Və onlar bu üstünlüyü dərk edirlər... Ona görə də burada hamı böyüklərin qərar verməsini gözlədiyi halda, ruslar daim öz uğurlarını artırmağa davam edirlər".

Tarix
2025.04.07 / 20:37
Müəllif
Axar.az
Digər xəbərlər

May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram

Dünya liderləri İlham Əliyevi təbrik edir

Ərdoğan İlham Əliyevi təbrik etdi

Konsulun cənazəsi Azərbaycana gətirildi

Diplomatın nəşinin Azərbaycana göndərilməsi üçün... - İran

Ceyhun Bayramov Nyu Yorka getdi

İlham Əliyev İordaniya Kralını təbrik etdi

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla