Yuxarı

Vüqar Nadirovun atasının məzarı 32 il sonra tapıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şəmkir" futbol klubunun baş məşqçisi Vüqar Nadirovun Birinci Qarabağ müharibəsində şəhid olmuş atası Ərşad Nadirovun məzarı 32 ildən sonra tapılıb.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a Vüqar Nadirov özü deyib.

44 günlük Vətən müharibəsində Vüqar Nadirovun atasının məzarının olduğu Ağdam rayonunun Uzundərə adlanan ərazisi işğaldan azad edilsə də, təhlükəli hesab olunduğu və işğal dövründə ermənilər məzarlığı dağıtdığı üçün deyilən ünvana səfər etmək mümkün olmayıb.

Nəhayət, bu gün şəhidin ailə üzvləri Ağdam rayonuna gedərək məzarı ziyarət ediblər.

"Bu gün mən, bacılarım və atamı tanıyan, onunla döyüş yoldaşı olan iki nəfərlə Uzundərə ərazisinə getdik. Atam döyüşçü yoldaşlarına vəsiyyət edib ki, şəhid olsam, məni Uzundərə ərazisindəki hündür təpədə dəfn edin. Belə də ediblər. Ağır döyüşlər altında atamı həmin ərazidə dəfn ediblər".

“General” ləqəbli Ərşad Nadirov Qarabağ müharibəsində batalyon komandiri olub.

Tarix
2025.04.09 / 00:13
Müəllif
Axar.az
Digər xəbərlər

Paşazadənin sözləri erməni eksperti əndişəyə saldı

Tramp və Maskın "yalançı davası"nın 5 səbəbi

Ədalət Verdiyevdən o yazıya görə üzr istəyirəm!

Türkləri hədəf alırlar, amma Türkiyə onlara görə Bakıya qarşı…

Bakı və Quandun limanları arasında əməkdaşlıq müzakirəsi

Bakı və Praqa arasında siyasi məsləhətləşmələr aparıldı

Bayramov Pakistanın XİN rəhbəri ilə danışdı

Nikol və Anna Zəngəzurda: Qarakilsəyə uçdular - Video

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla