Yuxarı

"ABB Home"da ipoteka krediti daha əlçatan edildi!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"ABB Home"da ipoteka krediti daha əlçatan edildi!

Universal maliyyə xidmətlərinin müştərilər üçün daha rahat və əlçatan olması üçün ABB inteqrasiya proseslərini davam etdirir. Bank MyGov.az platforması ilə inteqrasiya proseslərini də uğurla həyata keçirib.

Azərbaycanın rəqəmsal hökumət platforması olan MyGov.az ABB-nin xidmətlərindən istifadə zamanı heç bir əlavə vaxt sərf etmədən bütün vacib sənədlərə və dövlət xidmətlərinə rəqəmsal formada çıxış imkanı yaradır.

Bu yenilik ABB Home-da ipoteka krediti üçün müraciət zamanı da müştəriyə geniş imkanlar verir. Belə ki, ABB-nin xidmətlərinin MyGov.az-la inteqrasiyası sayəsində ölkəmizdə ilk dəfə olaraq müştərilər ipoteka krediti üçün tələb olunan aşağıdakı sənədləri də artıq heç bir yerə getmədən birbaşa “İpoteka kabineti”ndən əldə edə bilirlər:

1. Ailə tərkibi haqqında məlumat

2. Subaylıq haqqında məlumat

3.Nikahın bağlanması haqqında məlumat

4.Nikahın pozulması haqqında məlumat

Qeyd edək ki, bundan başqa, iş yeri və gəlirə dair məlumatı, həmçinin şəxsiyyət vəsiqəsi məlumatını da “İpoteka kabineti”ndən almaq mümkündür.

18 yaşı tamam olmuş hər bir vətəndaşımız abbhome.az saytındakı “İpoteka kabineti”ndə qeydiyyatdan keçib, ona ayrıla biləcək daxili ipoteka krediti məbləğini öyrənmək, kredit məhsulu üçün onlayn müraciət etmək imkanına malikdir.

Müştərilər “İpoteka kabineti”ndə müraciətlərinin icrası prosesini addım-addım izləyə və kreditin filialda rəsmiləşdirilməsi mərhələsinədək olan bütün əməliyyatları kabinetdə icra edə bilərlər. “İpoteka kabineti”ndə ABB-də mövcud olan ipoteka kreditləri barədə bütün məlumatları əldə etmək, kredit ödənişini rahat şəkildə həyata keçirmək olar.

ABB-nin öz tərəfdaşları ilə birgə yaratdığı bu yeniliklər Azərbaycanda rəqəmsal xidmət ekosisteminin inkişafına mühüm töhfələr verir.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Tarix
2025.04.09 / 10:55
Müəllif
Axar.az
Digər xəbərlər

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk - Fələstin lideri

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Əsədov Mişustinlə telefon danışığı apardı

Pezeşkian İlham Əliyevə təşəkkür etdi

İspaniya Kralı İlham Əliyevi təbrik etdi

Trampdan Əliyevə: Bu, bizi ruhlandırır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla